“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Heydər Əliyev Mərkəzinin parkında uşaqlar belə əyləndilər
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan festivalda müxtəlif yaş kateqoriyalarındakı uşaqlarmaraq dairələrinə uyğun əyləncə seçib asudə vaxtlarını səmərəli keçirə və istedadlarını nümayiş etdirə biliblər.
Heydər Əliyev Mərkəzinin parkı həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilərək, onlara unudulmaz anlar yaşadılıb.
Belə ki, Festival zamanı Mərkəzin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Burada günün əsas qəhrəmanları olan uşaqlara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub.
Uşaq festivalında Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, Bakıdakı uşaq evlərinin sakinləri, daun sindromlu uşaqlar da iştirak ediblər.
Uşaqlar üçün xüsusi ayrılan zonadakı səhnədə gənc istedadların ifasında konsert proqramı təqdim edilib. Səhnədə “Azəri inciləri” rəqs qrupu, Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” Mahnı və Rəqs Ansamblı, Sosial Xidmətlər Agentliyinin uşaqları, “Səma” Rəqs Ansamblı, “Təbəssüm” Uşaq Musiqili Teatrı, “Zirvə” Rəqs Ansamblı, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 3 nömrəli Uşaq İncəsənət Məktəbinin üzvləri çıxış edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial Ekoloji Mərkəz (SEM) tərəfindən yaradılan ekoloji zonada “Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı uşaqlar üçün maarifləndirmə proqramı və “pre-COP29” konfransı formatında iqlim dəyişmələri, ətraf mühitin monitorinqi mövzularında dəyirmi masa, viktorina və interaktiv oyunlar təşkil olunub. “Tullantılara ikinci həyat” adlı ekoloji ustad dərsləri,“Yaşıl enerji” mövzusunda startaplar, həmçinin dron və robotların ətraf mühitin qorunmasındakı rolu nümayiş etdirilib.
Gənclər arasında idmanın, sağlam həyat tərzinin təbliği məqsədilə Mərkəzin parkında müxtəlif idman növlərinə aid zonaların yaradılmasına da diqqət yetirilib. Həmin meydançalarda Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən stolüstü tennis təlimi və uşaqlar arasında yarışlar keçirilib, uşaqlara şahmat yarışlarında, futbol üzrə ustad dərslərində iştiraketmək, öz bacarıq və qabiliyyətlərini nümayişetdirmək imkanı yaradılıb.
Hər bir uşaq öz sevimli personajını canlandırmağı arzulayır. Bu baxımdan balaca ziyarətçilər “Face art”vasitəsilə üzlərini müxtəlif şəkil və cizgi filmlərininqəhramanları ilə bəzədə bilib.
Animatorlar isə cizgi filmlərinin qəhrəmanlarını canlandıraraq uşaqların nağıllar aləminə səyahətini, sevimli personajları ilə görüşünü, onlarla birlikdə əylənməsini təşkil edib.
“Street art” - küçə incəsənəti üçün ayrılan ərazidə uşaqlar asfalt üzərində rəsmlər də çəkiblər. Azərbaycan Avtomobil Federasiyası tərəfindən isə uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlimlər keçirilib, Heydər Əliyev Mərkəzinin parkında kiçik avtomobillərlə ralli təşkil olunub.
Bakı Kitab Mərkəzi və F.Köçərli adına Uşaq Kitabxanası uşaq ədəbiyyatı müəllifləri ilə görüş, uşaqlar üçün oxu saatı keçirib.
Arxeoloji meydançada uşaqlar şərti olaraq axtarışlar aparıb, qum altından müxtəlif arxeoloji tapıntımaketlərini aşkar edib, onları tədqiq ediblər.
Heyvanlar aləminə səyahət, azyaşlıların safarinin vəhşi heyvanlarının maketləri ilə tanışlığı və interaktiv oyunlarla maariflənməsi isə “Safari tur”zonasında mümkün olub.
Festivalda gənclərin maraq göstərdiyi “Playstation zonası” da fəaliyyət göstərib.
Uşaqların Beynəlxalq Müdafiəsi günündə onların sağlamlıqları da yaddan çıxmayıb. Parkda fəaliyyət göstərən “Liv Bona Dea Hospital” səyyar şəkildə uşaqların pulsuz göz müayinəsini aparıb.