Xəbər Lenti
Bugün, 09:35
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
8-10-2026, 14:31
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə kitablar hədiyyə etdi
Heydər Əliyev Fondu Bakıdakı bir sıra uşaq evləri, internat məktəbləri və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial xidmət müəssisələrinə kitablar hədiyyə edib.
Aksiya Bakı Kitab Mərkəzi və bp Azərbaycan şirkətinin dəstəyi ilə icra olunan "Yüksəl" təhsil layihəsi çərçivəsində keçirilib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Bakı, Gəncə, Lənkəran və Şəkidə uşaq evləri, internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial xidmət müəssisələrində olub, Azərbaycan, türk, rus və ingilis dillərində çap olunmuş, uşaqlar üçün nəzərdə tutulmuş şeirlər, hekayələr, tapmacalar, ensiklopediyalar və digər mövzularda ümumilikdə 2000-dən çox kitab paylayıblar.
Aksiyanın davamı olaraq martın 17-də Xəzər Gənclər Evində uşaq və yeniyetmələr üçün Novruz bayramına həsr olunan proqram təqdim edilib, Gənclər Evinin kitabxanasına müxtəlif nəşrlər hədiyyə olunub.
Heydər Əliyev Fondunun departament rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədov, bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışlarında layihənin gənc nəslin fərdi inkişafında və dünyagörüşünün formalaşmasında vacibliyini vurğulayıblar.






















































