BMT Baş katibinin müavini: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq
ABŞ Avropa Komandanlığı: Azərbaycan Ordusunun regional sabitliyə verdiyi töhfəni alqışlayırıq
GİKM tərəfindən Silahlı Qüvvələr Günü münasibətilə bir sıra tədbirlər təşkil edilib
Kürdəmir rayonunda "Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin növbəti tədbiri keçirilib.
İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi təyyarə təqdim edildi
26 iyun Silahlı Qüvvələr günü Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsində təntənəli şəkildə Qeyd edilib...
Şeyxə məxsus olduğu deyilən klinika məhkəmə qarşısında - Qeyri-leqal fəaliyətlə məşğul olub?
Misir Mərdanov deputat olmaq istəyir - YAP sabiq nazirə “yaşıl işıq” yandıracaqmı?
Jurnalist onu məhkəməyə verən icra başçısına təşəkkür etdi: ”Nə yaxşı ki digərləri kimi…” – VİDEO
Bu gün “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin mərhum sədri Elşad Həmidovun anım günüdür
Rəfasil Səfərovun rəhbərliyi ilə Ümumi Şəhər Qəbristanlığında abadlıq işləri geniş vüsət alıb-FOTOLAR
Naxçıvanda gizlin kadr təyinatı: Vasif Talıbovun kadrı TMİB (Tibb Müəssisələrinin İdarəetmə Birliyinə) İcraçı direktor təyin olundu
Silahlı Qüvvələr gününə həsr olunmuş Braziliya Ciu-Citsu üzrə Açıq Bakı turniri keçirildi.
Son anadək Polis andına sadiq qalıb vəzifələrini layiqincə yerinə yetirdilər-Könül Nəbizadə
Şəhid ailələrinin uçotuna dair yenilik
Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanununda dəyişiklikdə qeyd olunub.
Belə ki, mövcud qanunvericilik sistemində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmayıb.
Bu xüsusda, sözügedən qanun layihəsi məhz həmin kateqoriyaya aid olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçot alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.