BMT Baş katibinin müavini: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq
ABŞ Avropa Komandanlığı: Azərbaycan Ordusunun regional sabitliyə verdiyi töhfəni alqışlayırıq
GİKM tərəfindən Silahlı Qüvvələr Günü münasibətilə bir sıra tədbirlər təşkil edilib
Kürdəmir rayonunda "Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin növbəti tədbiri keçirilib.
İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi təyyarə təqdim edildi
26 iyun Silahlı Qüvvələr günü Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsində təntənəli şəkildə Qeyd edilib...
Şeyxə məxsus olduğu deyilən klinika məhkəmə qarşısında - Qeyri-leqal fəaliyətlə məşğul olub?
Misir Mərdanov deputat olmaq istəyir - YAP sabiq nazirə “yaşıl işıq” yandıracaqmı?
Jurnalist onu məhkəməyə verən icra başçısına təşəkkür etdi: ”Nə yaxşı ki digərləri kimi…” – VİDEO
Bu gün “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin mərhum sədri Elşad Həmidovun anım günüdür
Rəfasil Səfərovun rəhbərliyi ilə Ümumi Şəhər Qəbristanlığında abadlıq işləri geniş vüsət alıb-FOTOLAR
Naxçıvanda gizlin kadr təyinatı: Vasif Talıbovun kadrı TMİB (Tibb Müəssisələrinin İdarəetmə Birliyinə) İcraçı direktor təyin olundu
Silahlı Qüvvələr gününə həsr olunmuş Braziliya Ciu-Citsu üzrə Açıq Bakı turniri keçirildi.
Son anadək Polis andına sadiq qalıb vəzifələrini layiqincə yerinə yetirdilər-Könül Nəbizadə
Azərbaycan dövlətinin banisi və yaradıcısı Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursu İlham Heydər oğlu Əliyev tərəfindən etibarlı şəkildə davam etdirilir -Könül Nəbizadə
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev rəhbərlik edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.
Azərbaycanın prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.
O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.
Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, dövlət başçısı ulu öndərin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirir.
İham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir.
Hakimiyyətə gəldiyi ilk gündən Prezident İlham Əliyevin əsas amalı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və Azərbaycan xalqının dünya siyasi tarixində məğlub yox, qalib xalq kimi yazılması olub.
Dünyada həllini tapmayan münaqişə ocaqlarının mövcudluğu və bu ocaqların artması, daha da alovlanması fonunda İlham Əliyevin 30 illik işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi istiqamətində yürütdüyü prinsipial siyasət, böyük vətənpərvərlik, siyasi peşəkarlıq və gerçək liderlik keyfiyyətlərinin bir bütündə təcəssümüdür.
Milli məsələlərdə güzəştə getməyən Prezident İlham Əliyev hakimiyyətə gələndən böyük zəfər gününə kimi Qarabağ məsələsində də heç bir güzəştə getmədi, Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. O, 44 gün ərzində siyasi, hərbi lider kimi durmadan, dincəlmədən sözün əsl mənasında vuruşdu, həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yenitarixyazıldı.
Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmiryumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünya görüşün, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövrün də beynəlxalq aləmə, hər dövlətə ötürülən mesajların, ittihamların “öz dili və üslubu” ilə cavab vermiş və bəzi ermənipərəst jurnalistlərin təxribatdolu suallarına tarixi faktlar vədəlillərlə cavablandırmışdır.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Müasir Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin xalqının səadəti, dövlətimizin müdafiə qüdrətinin yüksəlməsi, dövlətçiliyin möhkəmlənməsi, millimüstəqilliyimizin əbədiyaşar olması uğrunda mübarizəsi isə davam edir.
Nəbizadə Könül Faxrəddin qızı