Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında iyunun 24-də avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bulvar ərazisində, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının qarşısında baş tutacaq yarışda paytaxtla yanaşı Mingəçevirdən olan 80-ə yaxın yeniyetmə və gənc avarçəkən mübarizə aparacaq. İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində yarışacaq. Bakı birinciliyi bir gün davam edəcək.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmə idman növünü daha da populyarlaşdırmaq, kütləviliyi təmin etməkdir. Bakı birinciliyinin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasından yeni, perspektivli idmançılar seçmək, onları gələcəkdə milli komandanın heyətinə cəlb etməkdir.























































