Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

21 Haz 11:24Manşet / Dünya

KTMT Ermənistandan cavab gözləyir

ktmt-ermenistandan-cavab-gozleyir

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bizim müttəfiqimiz olub və hələ də belədir. Bizim Ermənistan qarşısında bütün öhdəliklərimiz qalır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqanbetov təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Ermənistanın KTMT-yə üzvlüyü məsələsi bu ölkənin suveren hüququdur.

Baş katib vurğulayıb ki, KTMT Ermənistanın təşkilatdakı statusunu rəsmən aydınlaşdıracağına ümid edir.

Qeyd edək ki, sözügedən təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası bu ilin noyabrında Astanada keçiriləcək.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 13-ü parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-dən çıxacağını açıqlamışdı. O, təşkilatı tənqid edərək fəaliyyətsizlikdə ittiham etmişdi.