Menu
Xəbər Lenti
25 Haz 11:56Manşet / Gündəm

Rəfasil Səfərovun rəhbərliyi ilə Ümumi Şəhər Qəbristanlığında abadlıq işləri geniş vüsət alıb-FOTOLAR

Unutmamalıyıq ki,dünyada hər şeydən öncə haqq vardı, ondan sonra söz yarandı, ardınca inam. Biz haqqımızı bilərək sözümüzü deyib, inam qazanmalıyıq.


Jurnalistlik xalqla dövlət arasında xüsusi bir vasitəçidir. Dövlətin verdiyi qanunları, nizamnamələri jurnalist hər vasitə ilə xalqa çatdırır. Həmçinin də xalqın dilindən xalqın narazı olduğu problemlər haqqında dövlətə, dövlət daxilində olan səlahiyyətli şəxslərə çatdırır.


Ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətin və aparılan islahatların bəhrəsi özünü göstərməkdədir. Günbəgün inkişaf edən ölkəmiz dünyada və regionda lider dövlətə çevrilməkdədir.


Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur.


Belə bir məsəl var “təsadüfdən zərurət doğar”, bəli bu gün gördüklərim və eşitdiklərimdən bəhs edəcəyəm əziz oxucularım. Bəli, bu gün təsadüf deyildir mənim Ümumi Şəhər Qəbristanlığınını ziyarət etmək. “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin mərhum sədri, yaxın dostum, qardaş qədər əziz bildiyim xeyirxah insan Elşad Nəcməddin oğlunun qəbrini əzizləri ilə birgə ziyarət etdik. Bu qəbristanlığa daha əvvəllər də gəlmişdim, amma – amması odur ki, bura daxil olanda hər şeyin dəyişdiyini hiss etdim. Yol boyunca dünyasını dəyişənlərini və yolu seyr edirdim, əlbəttə burada hər səliqə-səhmanın şahidi oldum. Yollar abadlaşmış, ağaclar budanmış, yollarda səki daşlarının ağardılması, zibil qutularının yerləşdirilməsi məni müsbət mənada düşündürməyə vadar etdi. Ziyarətimizdən sonra rəhbərin kimin olduğunu maraqlandıq, dedilər ki, heç bir ay deyil ki, təyin olunub. Ümumi Şəhər Qəbristanlığının rəhbəri Rəfasil Səfərovla görüşdük. İlk görüşdən səmimi və mehribalığı ilə bizi valeh etdi. Söhbət əsnasında bizi qəbristanlqıda gördüyü işlərlə tanış etdi. Xarakterindən bəllidir ki, vəzifə səlahiyyəti yox, onu düşündürən amil səliqə-səhman, hər bir vətəndaş üçün rahat mərhumlarının ziyarətini təmin etməkdir. Rəfasil müəllimin təşəbbüsü ilə qəbrstanlıqda abadlıq işləri aparılmış, ağaclar budanmış və məzarlığın hər bir sektorda təmizlik işləri aparılmışdır. Apadığımız araşdırmalar nəticəsində Ümumi Şəhər Qəbristanlığında rəhbəri Rəfasil Səfərovun tərəfindən ərazidə mütəmadi olaraq abadlıq işləri həyata keçirilir. Rəfasil müəllim vətəndaşların müraciətlərini nəzərə alaraq, qəbristanlıqdakı ara yolların təmizlənməsi və buraya gələn vətənaşların rahatlığı üçün oturacaqların yaradılması bir növ vətəndaş xidmətinin əsl nümunəsidir. Hazırda məzarlıqda olan hər kəs qəbirstanlıqda dəfn olunan qohumlarını ziyarət edərkən heç bir çətinlik çəkmir, həm də səliqə-səhmandan razılıq edirlər. Onu da əlavə edək ki, Rəfasil Səfərov qısa zamanda burda işləməsinə baxmayaraq əsl işinin peşəkarı kimi yüksək səviyyədə vətəndaşlara xidmət edir.


Rəfasil müəllim xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Haqqında bəhs etdiyim insan bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Həqiqət budur ki, Rəfasil Səfərov elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan rəhbərdir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.    


Rəfasil müəllim vəzifəyə təyin olunandan sonra özünün ehtimadını yüksək səviyyədə qazanır. İşinin, peşəsinin öhdəsindən layiqincə gələ bilir. Qəbristanlıqda abadlıq işləri, təmizlik işləri göz oxşayandır. Yaxınlarının məzarlarını ziyarətə gələn insanlar bu cür təqdirə layiq işləri bəyənərək minnətdarlıq edirlər.


Biz də “Merhemet.TV” və “XezerTV.info” redaksiyası kollektivi adından Rəfasil müəllim Səfərova xalqa xidmətinə və qəbristanlıqda apardığı abadlıq işlərinə görə təşəkkür edirik.


 

Fərid Faiqoğlu


Azərbaycan Jurnalistlər Birliyini üzvü,


“Xezertv.info” və “Zeferyolu.az” informasiya agentliyinin rəhbəri.


“Qızıl Qələm” mükafatçısı