Menu
Xəbər Lenti
Bu gün Aşuradır
Dün, 08:59

Bu gün Aşuradır

Neftimiz bahalaşdı
3-07-2025, 08:59

Neftimiz bahalaşdı

Azərbaycan polisi and içir
2-07-2025, 13:01

Azərbaycan polisi and içir

06 Tem 10:26Manşet / Gündəm

Şuşalı qız bu sözlərlə Prezidenti kövrəltdi

 

Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər.

“Qafqazinfo” xəbər verir ki, qonaqların gəlişindən əvvəl Prezident İlham Əliyev Şuşaya yeni köçən sakinlərlə söhbət edib, onların əhvalı ilə maraqlanıb.

Bu zaman Şuşanın yeniyetmə sakinlərindən biri Prezidentə yaxınlaşıb, dövlət başçısı ilə şəkil çəkdirib. Şuşalı qız Ali Baş Komandanın Şuşanın azad olunduğu gün xalqa müraciətində dediyi sözləri təkrarlayıb. Dövlət başçısı həmin an kövrəlib və yeniyetməni bağrına basıb.

Həmin maraqlı anın görüntülərini təqdim edirik: