Xəbər Lenti
Bugün, 09:05
Telefon izləmə imperiyası qurdular: Nə virus var, nə casus proqramı - Hər kəs izlənilir
17-10-2025, 19:16
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
15-10-2025, 15:21
Deputat Məşhur Məmmədov: “Şəhid ailələrinin hər biri bizim üçün müqəddəs əmanətdir”
“30-a yaxın şəxsin taksi xidməti ilə bağlı icazəsi ləğv edilib”
“Son vaxtlar Bakı şəhərində vətəndaşların sifariş etdiyi taksinin ünvana gələrkən sistemdə göstərilən nəqliyyat vasitəsi olmaması, köhnə və yararsız olması halları müşahidə edilir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumat verib.
O bildirib ki, bu məsələ ilə bağlı 30-a yaxın fakt müəyyən edilib: “Həmin şəxslərin taksi xidməti ilə bağlı icazələri ləğv edilib. Vətəndaşlara müraciət edərək bildirmək sitəyirəm ki, belə halla qarşılaşanda həmin taksidən imtina etsinlər və 141 Çağrı Mərkəzinə müraciət etsinlər. Bu məsələ ilə bağlı tərəfimizdən də işlər davam etdirilir”.