Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

24 Tem 10:55Manşet / Gündəm

Bu, Azərbaycanın təhlükəsizliyi üçün ciddi haldır - Aİ-nin 10 milyon avrosu

 

"Ermənistana göstərilən hər bir yardım regionun stabilliyinə təhlükə hesab olunmalıdır. Avropa İttifaqı Şurasının Ermənistana 10 milyon avro yardım ayırmasına da bu kontekstdən yanaşmaq lazımdır".
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Azər Qasımov Aİ Şurasının Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avro yardım göstərmək barədə qərarını şərh edərkən deyib: 
"Ermənistan adekvat ölkə olmadığı üçün ona verilən hər maddi yardımın təyinatı üzrə istifadə edilməsi mübahisə predmetidir. Amma burada tək Ermənistanın günahı yoxdur. Belə vəziyyətin yaranmasında ona bu dəstəyi verənlərin də rolu böyükdür”. 
Həmsöhbətimiz qeyd edir ki, Ermənistana göstərilən dəstək Azərbaycanın imkanları müqabilində yox səviyyəsindədir: 
"Ermənistan ona edilən yardımı regionda gərginliyin artırılması istiqamətində sərf etmək kimi qəbul edir. Amma Aİ Şurası da Ermənistanı buna təhrik edir. Aİ, təbii, özü də başa düşür ki, 10 milyon avro ilə Azərbaycana qarşı fəaliyyətdə olmaq mümkün deyil. Elə məqsəd də odur ki, sadəcə regionda gərginlik yaratsınlar. Bu gərginlikdən də istifadə edib öz maraqlarını həyata keçirsinlər".
Politoloq deyir ki, Azərbaycan bu kimi hallara qarşı öz etirazını hər zaman bildirib: 
"Ermənistan regionda təhlükəsizliyə, xüsusən də, Azərbaycanın təhlükəsizliyinə təhlükə yaradan ölkə olub, bu indi də belədir. Odur ki, Azərbaycan hər belə hadisəni öz təhlükəsizliyi üçün ciddi hal kimi qəbul edir və bunun ciddi nəticələri olacağının xəbərdarlığını verir”. 
Qeyd edək ki, Qərb Ermənistanı silahlandırmaqda davam edir. Aİ Şurası iyulun 22-də Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım göstərmək barədə qərar qəbul edib. Aİ Şurasının mətbuat xidmətinin məlumatına görə,  yardım Avropa Sülh Fondu (APF) çərçivəsində həyata keçiriləcək.
 
Rüfət Sultan