Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rayonlara leysan yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.
Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Lənkəranda 68 mm, Astarada 59 mm, Şəkidə 57 mm, Yardımlıda 42 mm, Lerik, Gədəbəydə 35 mm, Gəncədə 33 mm, Göygöldə 29 mm, Kürdəmirdə 26 mm, Şəmkirdə 24 mm, Şahdağda 22 mm, Tovuz, Qaxda (Sarıbaş) 19 mm, Daşkəsən, Zaqatalada 18 mm, Balakəndə 14 mm, Oğuzda 10 mm, Qubada 9 mm, Qusar, Qrızda 8 mm, Şirvanda 7 mm, Göyçay, Şamaxıda 6 mm, Sədərək, Qəbələ, Tərtər, Bərdə, Yevlax, Ağstafa, İsmayıllı, Göyçay, Kürdəmir, Xaltan, Beyləqan, Naftalan, Mingəçevir, Zərdab, Altıağac, Qobustan, Naxçıvan, Şərur, Ağdam, Sabirabad, Cəfərxan, Biləsuvar, Kəlvəz, İmişli, Cəfərxan, Şabranda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 20 m/s, Neftçalada 16 m/s, Qax, Şirvanda 15 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Daşkəsən, Göygöl, Göyçay, Naftalan, Şəmkir, Qrız, Şahdağ, Lerik, Şəki, Balakəndə duman müşahidə olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 20, Aran rayonlarında 22, dağlıq rayonlarda isə 14 dərəcəyədək isti olub.





















































