Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Botanika İnstitutunun əməkdaşlarının məqaləsi nüfüzlu jurnalda çap olunub

AR ETN Botanika İnstitutunun əməkdaşlarının mühüm elmi nəticələrinin əks olunduğu məqalə Web of Science kimi nüfuzlu elmi bazaya daxil olan tanınmış beynəlxalq jurnalda nəşr olunub. Kamala Əsədova, Rəna Abdıyeva, Naibə Mehdiyeva və Nigar Mursalin həmmüəllifi olduğu “Xəzər dənizinin şimal hissəsinin (Azərbaycan daxilində) sahilyanı ekosistemlərinin bitkiliyinin vəziyyətinin qiymətləndirilməsi və onların transformasiyası" (Assessment of the vegetation state of the coastal ecosystems of the Caspian Sea northern part (within Azerbaijan) and their transformation) adlı məqaləsi “Biodiversity Journal”da çap olunub.
Məqalədə Xəzər dənizinin şimal hissəsinin (Azərbaycan daxilində) flora və bitkiliyinin müasir vəziyyətinin monitorinqinin, sahilboyu ərazilərin növ müxtəlifliyinin və bitki örtüyünün analizinin, sahil zonallığından asılı olaraq bitkiliyin suksesiyasının tipləri, eləcə də antropogen faktorların təsirinin nəticələri əks olunub. Əldə edilmiş materiallar əsasında gələcəkdə Xəzər dənizinin səviyyəsində mümkün dalğalanmalarla bitki örtüyünün gələcək inkişafının mümkün fluktasiyaları proqnozlaşdırılır.






















































