Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Parlament seçkiləri ölkəmizdə yeni mərhələyə təkan verəcək
2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gündən sonra Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. 2023-cü il sentyabrın 20-də lokal xarakterli antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı. 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılmış şanlı zəfər Azərbaycan dövləti və xalqı üçün müstəqillik tarixində yeni inkişaf mərhələsi başlatdı. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması fonunda ölkəmizin tarixində yaşanan ilklərin şahidi olmaqdan qürür duyuruq. Bu il ilk dəfə olaraq bütün ölkə ərazisindən prezident seçkilərinin keçirilməsi qızıl həriflərlə tarixə yazıldı. Cənab Prezident İlham Əliyevə xalqın səs verməsi, aparılan siyasətə verilən yüksək qiymətin nəticəsi, demokratyanın əsas gösdəricisi oldu. Ölkə ərazisində keçirilmiş ilk prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması tarixi-siyasi zərurətə çevrildi. Xalqın inamı, iradəsi və dəstəyi parlament seçkilərində də özünü göstərməkdədir. Müstəqillik tariximizdə ilk dəfə olaraq parlament seçkiləri Qarabağ və Zəngəzur da daxil omaqla bütöv Azərbaycanı əhatələyəcək. Bu seçkilər hər bir seçicinin yaddaşında ərazi bütövlüyümüzün və suverenliyimizin təntənəsi kimi qalacaq.
İnanırıq ki, deputat kürsüsündə əyləşən layiqli namizədlər fəaliyyətləri boyu xalqın, seçicilərin, dövlətin ümumi prinsiplərinə yaxından dəstək olacaq, qarşıya qoyulan hədəflərə doğru əhəmiyyətli addımlar atacaqlar.
AR ETN Botanika İnstitutunun baş direktoru,
biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva





















































