Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Goranboyda təsərrüfatların 80%-dən çoxunun internetə çıxışı var
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Onlayn Azərbaycan” layihəsi çərçivəsində “Aztelekom” MMC tərəfindən Goranboy rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.
“Qafqazinfo” xəbər verir ki, Goranboy şəhərində şəbəkənin tikintisi başa çatıb. Rayonun Tap Qaraqoyunlu, Veyisli, Yeni Veyisli, Rəhimli, Abbasqulular, Səfikürd, Şahməmmədli, Qarasüleymanlı, İrəvanlı, Cinli Zeynallı, Nərimanlı, Bolsulu, Eyvazlılar, Məşədiqaralar, Balakürd, Qızılhacılı, Yuxarı Ballıqaya, Xoylu, Nizami, Yolqulular, Şadılı, Faxralı, Düzqışlaq, Bəşirli, Qurbanzadə, Alpout, Baxçakürd, Xınalı, Qırıqlı, Şıxlar, Kələk, Qaramusalı, Qarasuçu, Göynüyən, Hazırəhmədli, Xəsədərli, Gülməmmədli, Qarapirimli, Həmənli, Borsunlu, Qazanbulaq, Nadirkənd, Qazaxlar, Təklə, Yeni Yol, Xan Qərvənd, Əlirzalı, Börü, Aşağı Ağcakənd, Zeyvə kəndlərində və Goran qəsəbəsində 29927 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb.
Ümumilikdə rayonda mövcud təsərrüfatların 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 10175 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.
Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Qeyd edək ki, ümumilikdə 2,8 milyon təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 95,5%-ni təşkil edir.























































