Xəbər Lenti
6-01-2026, 11:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Goranboyda qəzada xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib - TƏBİB
Goranboy rayonunun Qaramusalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan 3 nəfər hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasında yüngül bədən xəsarətləri ilə müalicəsini davam etdirir.
Bu barədə TƏBiB-dən bildirilib.
Məlumata əsasən, onların vəziyyətləri qənaətbəxşdir və müalicələri davam etdirilir.
Bildirilir ki, 21 nəfərə isə zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar.






















































