Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

12 Eyl 14:51Manşet / Cəmiyyət

Bakı şəhərində keçirilən “Azərbaycan və İraq Türkmən Gənclərinin Forumu” davam edir

 

Məqsədi Azərbaycan və İraq arasında genişlənən ikitərəfli əlaqələr çərçivəsində gənclərlə iş sahəsində təcrübə mübadiləsi və şəbəkələşmənin davamlı təşviq etmək, hər iki ölkə arasında türk xalqlarının qarşılıqlı əlaqələrinin gücləndirmək və gənclərin inkişafına töhfə verməkdən ibarət olan forum işini davam etdirir.

Beləki, layihə çərçivəsində təlimçi Fəxri Məhəmmədzadə ilə “Gənclərlə işin təşkilində komandanın rolu” mövzusunda təlim sessiyaları təşkil edilib, nümayəndə heyətinin Binəqədi Gənclər Evinə infoturu baş tutub, Gənclər Evinin direktoru Günel Həsənova ilə “Türkdilli gənclərin təşkilatlanması və fəal iştirakçılıqda mövcud yanaşmalar” mövzusunda görüş keçirib. Görüşdə beynəlxalq nümayəndələr ilə birgə yerli gənclər də iştirak ediblər. Proqram Real TV-də Sənədli Filmlər departamentinin rəhbəri Vəfa Ağabalayeva ilə “Gənclərin təşkilatlanmasında medianın rolu” mövzusunda görüş ilə davam edib. Son olaraq, heyət Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə “Gənclərin könüllü fəaliyyətlərində aktiv iştirakçılığı üçün həyata keçirilən siyasət” mövzusunda baş tutan görüşdə iştirak ediblər. Görüşdə yerli könüllü təşkilatlarının rəhbərləri iştirak edib və ölkəmizdə könüllü təşkilatlarının fəaliyyət mexanizmi və təşkili ilə bağlı müzakirələr baş tutub. Layihənin növbəti günü Fəxri Məhəmmədzadə ilə “Nə üçün təşkilatlanmalıyıq? Əsas hədəflər və onlara uyğun olaraq fəaliyyət planının müəyyənləşdirilməsi”, “Hədəflərin müəyyənləşdirilməsi və fəaliyyət planının hazırlanması” mövzularında təlim sessiyaları ilə başlayıb. Daha sonra beynəlxalq nümayəndə heyətinin gənclər təşkilatlarının rəhbərləri ilə “Azərbaycanda gənclər və gənclər təşkilatlarının inkişafı istiqamətində mövcud imkanlar və dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirədə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Nərminə Hüseynzadə, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Nail Şükürov, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı, “Saf Həyat Naminə Gənclər” İctimai Birliyini sədri Dinara Bayramlı və “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin sədri Fidan Ağayeva spiker qismində çıxış ediblər. Görüşdə beynəlxalq nümayəndələrlə birgə, yerli gənclər də iştirak edib və hər iki ölkədə mövcud olan gənclər siyasəti, gənclərin və gənclər təşkilatlarının inkişafı üçün atılan addımlar, bu istiqamətdə dəstək mexanizmlərinin formalaşdırılması ilə bağlı müzakirələr aparılıb. Panel müzakirəsi bitdikdən sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Baş katibi Rəşad Zeynalov ilə “Tələbələrin ictimai iştirakçılığının stimullaşdırılmasında təhsil müəssisələrində fəaliyyət göstərən tələbə birliklərinin rolu” mövzusunda görüş keçirilib. Görüşdə təhsil müəssisələrində tələbə təşkilatlarının qurulması, onların ehtiyaclarının müəyyənləşdirilməsi, buna uyğun olaraq, fəaliyyət istiqamətlərinin formalaşdırılması və fəaliyyətlərin təşkili ilə bağlı müzakirələr baş tutub. Son olaraq, Tural Hümbətovun iştirakı ilə “Kütlənin idarə olunması mexanizmləri” mövzusunda təlim sessiyası ilə günün proqramı yekunlaşıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Gənclərin Həmrəyliyi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.