Xəbər Lenti
Bugün, 08:57
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
23-11-2026, 07:48
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
“Ronaldo futbol oynamağı bacarmır”

İtaliya millisinin və “Real Madrid”in sabiq hücumçusu Antonio Kassano ulduz futbolçu, 2009 - 2018 illərdə “kral klubu”nda çıxış edən Kriştiano Ronaldonu sərt şəkildə tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
İtaliyalının fikrincə, Ronaldo komanda ilə anlaşa bilmədiyi üçün futbol oynamağı bacarmır:
“Ronaldo futbol oynamağı bacarmır. O, 3 000 qol vura bilər. İquain, Aguero, Benzema, Levandovski, İbrahimoviç və Suarez komanda ilə yaxşı ünsiyyət qura bilirdilər. Tək məqsədi həmişə qol vurmaq olan Ronaldodan fərqli olaraq, onlar daha çox şey etməyi bacarırdılar”.
Qeyd edək ki, bu yaxınlarda Ronaldo karyerasında 902-ci qolu vurub.























































