Menu
Xəbər Lenti
Stresi dəf etməyin yolları
26-09-2024, 08:55

Stresi dəf etməyin yolları

Bu rayonlara yağış yağıb
25-09-2024, 07:29

Bu rayonlara yağış yağıb

Bəzi ərazilər susuz qalacaq
25-09-2024, 07:19

Bəzi ərazilər susuz qalacaq

Günə xoşbəxt başlayın!
25-09-2024, 07:14

Günə xoşbəxt başlayın!

“ABBA”nın üzvü öldü
24-09-2024, 07:07

“ABBA”nın üzvü öldü

Rəsmi Bakıdan Kanadaya cavab
23-09-2024, 07:22

Rəsmi Bakıdan Kanadaya cavab

25 Eyl 07:14Manşet / Cəmiyyət

Günə xoşbəxt başlayın!

gune-xosbext-baslayin

Səhər oyanıb günə yaxşı başlamaq həmişə mümkün olmaya bilər. Şəhər həyatının stresi, gərgin iş və ya məktəb həyatı gülərüz oyanmağımızı çətinləşdirir. Lakin günə pozitiv və xoşbəxt başlamaq iş yükünüzü daha idarəolunan etməklə yanaşı gün ərzində bizi neqativlikdən uzaqlaşdıra bilər.

“Qafqazinfo” günə pozitiv başlamağın üsullarını təqdim edir:

Səhər gözlərinizi açan kimi yataqdan qalxmayın. Bədəninizin dərindən nəfəs alması üçün beş dəqiqə vaxt ayırın. Yatağınızda bir az uzanın. Ən azı beş-on dəqiqə bədəninizi günə kökləməyə sərf edin.Bütün gecə susuz qalan bədəninizi ehtiyac duyduğu su ilə qidalandırın. Su içməyə həvəsli olmaya bilərsiniz, ancaq hər gün səhər saatlarında nizamlı olaraq su içərək bunu vərdiş halına gətirə bilərsiniz.

Günə bacardığınız qədər isti duş qəbul etməklə başlayın. Bu, bütün hüceyrələrinizi canlandırır və sizi təravətləndirir. Həmçinin qan dövranınızı sürətləndirə və yuxusuzluqdan asanlıqla qurtula bilərsiniz.

Ən əsası səhər yeməyini unutmayın. Çalışın bir stəkan portağal suyu ilə enerjinizi iki qat artırın.

İş yeriniz yaxındırsa və hava münasibdirsə, işə piyada getməyə cəhd edə və ya avtobusdan bir dayanacaq tez düşə bilərsiniz. Bağda və ya parkda cəmi beş və ya on dəqiqə vaxt keçirmək belə günə daha xoş başlanğıc üçün açar ola bilər. Vaxtınız varsa, yuxudan oyanan kimi gəzintiyə çıxa və ya idman üçün qaça bilərsiniz.

Günə sevimli mahnılarınızı dinləməklə başlayın. Səhərinizi sevdiyiniz musiqi ilə başlamaq enerjinizi mütləq dəyişəcək!