Xəbər Lenti
Dün, 11:20
Ermənistanda oyun qarışır: Kilsə-müxalifət tandemi fiaskoya uğrayacaq? - “Kaspi”nin TƏHLİLİ
16-05-2024, 16:49
Azərbaycan və Belarus arasında strateji əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir
16-05-2024, 08:53
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
15-05-2024, 09:16
Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”
14-05-2024, 08:38
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bu günə olan hava durumu açıqlanıb
"Bakıda və Abşeron yarımadasında son 20 ildə martın 8-də müsbət temperatur qeyd olunub, yalnız 2021-ci ildə gecə 0.2 dərəcə şaxta müşahidə olunub".
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, ən isti bayram günü isə 2002-ci ildə olub ki, bu zaman maksimum temperatur 27.3 dərəcəyə çatıb:
"Adətən günəşli və dəyişkən buludlu havalar üstünlük təşkil edib. Yalnız 8 ildə hava yağışlı keçib və ən çox yağış 2016-cı ildə 8 mm yağıb. Qadınlarımızı bir qədər məyus edən əksər hallar havanın küləkli keçməsi olur. Amma nə etmək olar, Bakı küləklər şəhəridir. Bölgələrimizə gəldikdə ən minimum temperatur 2013-cü ildə müşahidə edilib. Gəncə-Qazax zonasında həmin gün hətta 11.5 dərəcə şaxta qeyd olunub. Dağlıq və dağətəyi zonalarda qar yağması və hətta qar örtüyünün yaranması halları belə nadir hadisə olmayıb. Məsələn, Balakən-Şəki zonasında 2004-cü il martın 8-də qar örtüyünün hündürlüyü 20 sm-ə çatıb".
U. Tağıyeva qeyd edib ki, bunlarla yanaşı bəzən 8 martda yay havası müşahidə edilən illər belə olub: "2002-ci ildə Gəncə Qazax bölgəsində havanın maksimum temperaturu 29.9, Mərkəzi Aran zonasında 26.9 dərəcəyədək yüksəlib. Keçmişə qısa bir ekskursiya etdik. Bu ilin 8 mart tarixində hava şəraiti qadınlarımız kimi qözəl, mülayim olacaq. Sabah axşam isə dəyişiləcək".