“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
“Torpağı Vətən Edən Şəhidlər – Bizim Qürur Mənbəyimizdir”
Prezident İlham Əliyev: Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.
Bu gün, hər birimizin qəlbində iz qoyan, ölkəmizin tarixində qürurlu və kədərli bir dövr kimi yadda qalan Anım Günüdür. 44 günlük Vətən Müharibəsi zamanı canlarını fəda edən igid oğullarımızın xatirəsi daim bizimlədir. Onların qəhrəmanlığı, cəsarəti və vətənə bağlılığı bizə əbədi bir miras qoydu.
Bu mübarək torpaqlarda yaşamağımızı, azad və müstəqil bir ölkə olaraq var olmağımızı onlara borcluyuq. Onlar ən yüksək dəyərli qəhrəmanlıq simvolları olaraq qalacaq və gələcək nəsillərə vətən sevgisinin, şərəf və ləyaqətin necə qorunmasının nümunəsini verəcəklər.
Şəhid analarına, atalarına, ailələrinə və yaxınlarına dərin başsağlığı diləyir, onların dərdlərinə şərik olduğumuzu bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbrləri nurla dolsun.
Vətən sağ olsun!
Könül Nəbizadə
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (AJB)
Vətənpərvərlik işində xidmətlərə görə medalla təltif edilmiş
Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və Şəhid Ailələri ictimai birliyinin fəxri üzvü.