Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Əksər yollarda tıxac var - Siyahı

Bakının bir çox yollarında tıxac müşahidə edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Mikaylı Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
13. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
16. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.





















































