Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
Kivi ilə bu problemlərdən xilas olun

Xüsusilə C vitamini mənbəyi olan kivinin sağlamlıq üçün çoxlu faydaları var.
“Qafqazinfo” xəbər verir ki, kivi vitaminlərlə zəngin bir meyvədir. Kivinin tərkibində çoxlu C və E vitaminləri var. Hava dəyişikliyindən yaranan soyuqdəymə və qrip zamanı çox faydalıdır. Bu meyvə həm də uşaq inkişafını dəstəkləyir. Gündə 2 ədəd kivi qəbul etməklə gündəlik C vitamini ehtiyacınızın böyük hissəsini qarşılaya bilərsiniz.
Kivi kaliumla çox zəngin bir meyvədir. Xüsusən də idmandan sonra vücudunuzda kramplar və narahatlıqlar varsa, kivi istehlak edərək bu problemlərdən xilas ola bilərsiniz.
Kivi sümük inkişafını əhəmiyyətli dərəcədə dəstəkləyir. Maqnezium və kalsium baxımından da çox zəngindir. Qadınlar osteoporoz riskinə qarşı müntəzəm olaraq bol-bol kivi istehlak etməlidirlər.
Kivi yüksək miqdarda lif ehtiva edir. Bu liflər bağırsaqların nizamlı işləməsini təmin edir və həzm sistemini sürətləndirməyə dəstək olur.
Qan təmizləyici xüsusiyyətlərə malikdir. Bundan başqa, tənəffüs yolu infeksiyalarına qarşı təsirlidir.
Bu meyvə dəridə qocalma əlamətlərini azaltmağa kömək edir. Mədə sağlamlığını qoruyur. Əsasən xora və qastrit meydana gəlməsinin qarşısını alır. Kivi astma simptomlarını azaldır, qan təzyiqini tənzimləyir.
Araşdırmalar göstərir ki, gündə cəmi iki kivi yemək depressiyanın inkişafı riskinin azalmasına kömək edir. Həmçinin orqanizm faydalı vitaminlərlə bəslənir.























































