Menu
Xəbər Lenti
Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

13 Ekm 10:00Manşet / Dünya

ABŞ İsrailə müdafiə sistemləri verəcək

 

ABŞ İsrailə yüksək hündürlükdə raketdən müdafiə sistemi THAAD-ı (“Terminal High Altitude Area Defense”) verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ynet” nəşri xəbər yayıb.

Qeyd olunub ki, regionda artmağa davam edən təhlükə səbəbilə İsrailin yeni müdafiə sistemləri ilə təchiz edilməsi əsas amilə çevrilib.

Xatırladaq ki, oktyabrın 1-də axşam İran HƏMAS hərəkatı, Livanın “Hizbullah” təşkilatı və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Silahlı Qüvvələrin elit hissələri) rəhbərliyindəki şəxslərin öldürülməsinə cavab olaraq İsrail ərazisinə kütləvi raket zərbəsi endirib.

İsrailin müdafiə naziri Yoav Qallant xəbərdarlıq edib ki, ölkəsi raket hücumuna cavab olaraq İrana ölümcül və gözlənilməz zərbə vurmaq planlarından əl çəkməyib.