Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Bəzi yerlərə leysan yağır
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə leysan xarakterli yağış yağır.
Düşən yağıntının miqdarı Lerikdə 9 mm, Astarada 8 mm, Lənkəran, Şamaxı, Şabran, Şəkidə 4 mm, Göygöl, Neftçala, Oğuz, Zaqatala, Şərur, Şahbuz, Gədəbəy, Yardımlı, Naxçıvan, Daşkəsən, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Göyçay, İsmayıllı, Qobustan, Xaçmaz, Quba, Xaltan, Tərtər, Yevlax, Sabirabad, Hacıqabul, Biləsuvar, Şuşa, Füzuli, Kəlbəcərdə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında - Bakı, Sumqayıt, Maştağada 1 mm-dək olub.
Yevlax, Göyçay, Göygöl, Lerik, Qusar, Quba, Qobustan, Şamaxı, Şəki, Qax, Balakən, Tovuz, Şəmkir, Naftalan, Gəncə, Göygöl, Daşkəsən, Zaqatala, Xaltan, Sumqayıtda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.























































