Xəbər Lenti
Dün, 06:37
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 06:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Bakı bulvarında görüntülənən nədir?
Bu gün səhər saatlarında Xəzərin sahilində balinaya bənzər canlının tapılması ilə bağlı iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan qeyri-dəqiq məlumatlarda onun kaşalot olması bildirilib.
Amma sözügedən nəhəng növün Xəzərin Bakı sahilində tapılması real görünmür. Bu, sadəcə olaraq COP29-un açılış günündə həyata keçirilən bir layihədir.
Məsələ ilə bağlı hələ ki, rəsmi məlumat verilməsə də, bununla sualtı aləmin problemlərinə, nəsli kəsilməkdə olan balıq növlərinə diqqət çəkildiyini demək mümkündür.
Qeyd edək ki, sözügedən layihə iqlim dəyişikliklərinə diqqət çəkmək üçün “Captain Boomer” əsəridir. Bu maket dünyanın bir çox şəhərlərində zaman-zaman sərgilənir.





























































