Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 09:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 09:26

Çində iki zəlzələ oldu

Güclü külək əsir
27-07-2026, 09:36

Güclü külək əsir

Əsl dəniz havasıdır!
25-07-2026, 09:51

Əsl dəniz havasıdır!

O, bir dərya idi
24-07-2026, 15:06

O, bir dərya idi

12 Kas 09:54Manşet / Sosial

Şimşək çaxacaq, yağış yağacaq

simsek-caxacaq-yagis-yagacaq

Noyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın bəzi rayonlarında arabir yağıntı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərə dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.