Menu
Xəbər Lenti
Ağaclara da hüquq verdilər
15-09-2026, 08:03

Ağaclara da hüquq verdilər

FHN təlim keçirdi
12-09-2026, 09:08

FHN təlim keçirdi

Nazirdən daha bir təyinat
12-09-2026, 08:38

Nazirdən daha bir təyinat

Bəzi yollarda tıxac var
11-09-2026, 08:06

Bəzi yollarda tıxac var

10 Ara 06:42Manşet / Dünya

“Buna icazə verməyəcəyik” - Hakan Fidan

buna-icaze-vermeyeceyik

ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, diplomatlar Suriyadakı son hadisələri müzakirə ediblər.

H. Fidan həmkarı Blinkenə Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin əhəmiyyətini vurğulayaraq, Türkiyənin terror təşkilatlarının Suriyadakı vəziyyətdən istifadə etməsinə əsla icazə verməyəcəyini bildirib.

“İllərdir diqqətdən kənarda qalan infrastrukturun yenidən qurulmasında beynəlxalq ictimaiyyətin Suriya xalqına dəstək verməsinin vacib olduğunu qeyd edən Fidan, bu ölkəyə humanitar yardımların fasiləsiz çatdırılması üçün səylər göstərilməli olduğunu bildirib”, - xəbərdə deyilir.