Menu
Xəbər Lenti
FHN təlim keçirdi
12-09-2026, 09:08

FHN təlim keçirdi

Nazirdən daha bir təyinat
12-09-2026, 08:38

Nazirdən daha bir təyinat

Bəzi yollarda tıxac var
11-09-2026, 08:06

Bəzi yollarda tıxac var

Putin Hindistandadır - Video
11-09-2026, 07:30

Putin Hindistandadır - Video

28 Ara 08:51Manşet / Kriminal

Biləsuvarda ağır qəza - Ölən və xəsarət alanlar var - Foto-Yenilənib

bilesuvarda-agir-qeza

Biləsuvar-Bəhrəmtəpə yolunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yolun Arazbari kəndindən keçən hissəsində iki minik avtomobili toqquşub.

Nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlardan biri hadisə yerində vəfat edib.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan biri (qadın) də xəstəxanada vəfat edib.

Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

***

Bildirilir ki, toqquşan avtomobillərdən “VAZ 2107”də olanlar Beyləqan rayon sakinləridir və bir ailənin üzvləridir.

Onlar Salyana yas mərasiminə gedirmiş. “Opel” markalı avtomobildə olan şəxslər isə Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləridir. Onlar Bakıdan Cocuq Mərcanlıya toy məclisinə gedirmiş.

Surxay Şahbazov