Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
DİN-in xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları artırıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.
Qaynarinfo xəbər verir ki, Fərmana əsasən, Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Reklamınızı SmartBee ilə effektiv edin.
Eyni zamanda Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər
Həmçinin, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Fərmanlar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.






















































