Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 09:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 09:26

Çində iki zəlzələ oldu

Güclü külək əsir
27-07-2026, 09:36

Güclü külək əsir

Əsl dəniz havasıdır!
25-07-2026, 09:51

Əsl dəniz havasıdır!

O, bir dərya idi
24-07-2026, 15:06

O, bir dərya idi

01 Şub 11:09Manşet / Cəmiyyət

DYP-dən sürücü və piyadalara müraciət

dyp-den-surucu-ve-piyadalara-muraciet

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı müraciət yayıb.

“Qafqazinfo” xəbər verir ki, yol polisinin müraciətində deyilir:

“Hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava müşahidə olunur. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşıb.

Qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.

Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdırlar”.