Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Tramp İranı hədələdi, Mərkəzi Komandanlıq dəhşətli silahın GÖRÜNTÜLƏRİNİ yaydı - VİDEO
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
“Xəbər tutdum ki, belə bir hadisə olub, dərhal nazirə zəng etdim” - Müctəba Dərmiçilu
Qərbi Azərbaycan İcması Sumqayıt şəhəri üzrə nümayəndəlikdə "Amasiya igidləri 44 günlük Vətən Müharibəsində" kitabının təqdimatı keçirildi.

Qərbi Azərbaycan İcması Sumqayıt şəhəri üzrə nümayəndəlikdə şair-publisist İmran Güllübulaqlının "Ağbaba igidləri 44 günlük Vətən Müharibəsində" kitabının təqdimatı keçirildi. Tədbirdə Qərbi Azərbaycan İcması Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov, müavini Yasin Mansurov, kitabın müəllifi İmran Güllübulaqlı, şəhid Məmmədzadə Mikayılın anası Zülfiyyə xanım, atası İlqar müəllim, şəhid Məhərrəmov Orxan Binnət oğlunun anası Nəzakət xanım, Azərbaycanın Milli Qəhrəmanı şəhid Məhərrəm Seyidovun əmisi oğlu Vidadi müəllim, Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə koordinatoru Əhməd Rzayev, professor Aftandil Ağbabalı, professor Aslan Bayramov professor Həcər Hüseynova, AVMVİB Sədrinin beynəlxalq əlaqələr üzrə müavini polkovnik Elmar Hüseynov, Sumqayıt ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Fərid Faiqoğlu
AJB-nin üzvü































































