Menu
Xəbər Lenti
Neftimiz ucuzlaşdı
30-12-2025, 08:50

Neftimiz ucuzlaşdı

Bayram günlərinin havası
30-12-2025, 08:12

Bayram günlərinin havası

Meteor yağışı olacaq
29-12-2025, 08:56

Meteor yağışı olacaq

04 Şub 07:27Manşet / Şou-biznes

“Həmin paltarın PKK-ya aid olduğunu bilmirdim”

hemin-paltarin-pkk-ya-aid-oldugunu-bilmirdim

Türkiyəli aktrisa Melisa Sözen 2016-ci ildə çəkildiyi filmə görə ifadəyə çağırılıb.

“Qafqazinfo” bu barədə “Habertürk”ə istinadən xəbər verir.

Bildirilib ki, buna səbəb onun Fransa istehsalı “Le Bureau des Legends” serialının üçüncü sezonunda terror təşkilatı PKK/YPG-nin formasını geyinməsi olub.

Məlumata görə, Sezen haqqında məsələ ilə bağlı araşdırma başlayıb və o “terror təşkilatının təbliğatı” ittihamı ilə ifadə verib.

“Geyindiyim paltarın belə bir təşkilatı simvolizə etdiyini bilmirdim. Həmin filmdə agent rolunu oynayırdım. Serial Türkiyədə yayımlanmayıb, mən ölkəmi, millətimi sevən biriyəm”, - deyə Melisa ifadəsində deyib.

Qeyd edək ki, aktrisa sözügedən layihədə Suriyada İŞİD-ə qarşı döyüşən ikili agent rolunu oynayıb.