Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
13 dərəcəyədək şaxta olub

Bu gün saat 9:00-a olan faktiki hava açıqlanıb.
“Qafqazinfo” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bəzi yerlərdə hava şəraiti arabir yağıntılı keçib. Lənkəran-Astara zonasında intensiv olub.
Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 133, Astarada 86, Ağdamda 5, Biləsuvarda 4, Neftçala, Tərtərdə 2, Cəlilabad, Beyləqan, Şahbuz, Salyan, Naftalan, Balakən, Zaqatala, Oğuz, İsmayıllı, Quba, Qusar, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Lerikdə 21, Yardımlı 10, Qrızda 6, Göygöl, Şəki (Kişçay), Gədəbəydə 1 sm olub.
Şimal-qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçala, Naftalanda 20 m/s, Culfa, Şabranda 18 m/s, Tərtərdə 16 m/s, Şahbuz, Hacıqabulda 15 m/s-dək güclənib.
Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax, Zaqatala, Şəki, Qusar, Yevlax, Zərdab, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.






















































