Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
Seçkilərdə qalib gəldi, bir gün sonra öldü

Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Ağsu rayonunun Gəgəli kənd bələdiyyəsinə üzv seçilən Qürbət Kərimov vəfat edib.
Qaynarinfo Teleqraf.az-a istinadən xəbər verir ki, o, kardioloji xəstəlikdən əziyyət çəkirmiş və səsvermədən bir gün sonra dünyasını dəyişib.
Q.Kərimov seçkilərdə bütün namizədlərdən çox - 717 səs toplayıb.
Yaxınlarının bildirdiyinə görə, o, yenidən bələdiyyə sədrliyinə namizəd olmağı planlaşdırırmış: "Qürbət Kərimov 1960-cı ildə Ağsu rayonunun Gəgəli kəndində doğulub. Çox arzulayırdı ki, yenə sədr seçilsin. Onun bir övladı da dünyasını dəyişib. Vəfat edən övladının uşağı onun himayəsinə idi. Övladının da xəstəliyi var idi”.
Qeyd edək ki, Qürbət Abdulkərim oğlu Kərimov 2014-2019-cu illərdə Gəgəli bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, onun vəfatına görə Gəgəli kənd bələdiyyəsini formalaşdırmaq mümkün olmayıb.






















































