Xəbər Lenti
Bugün, 06:37
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
24-10-2026, 09:13
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
Rəsmi Bakı: Abxaziyadakı qondarma seçkiləri tanımırıq

Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkilərini tanımır.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır.
Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır”, – sənəddə qeyd olunub.






















































