Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

18 Şub 07:57Manşet / Gündəm

Aİ müşahidəçiləri Qazaxla həmsərhəd ərazidə müşahidə apardı

Aİ müşahidəçiləri Qazaxla həmsərhəd ərazidə müşahidə apardı (FOTO/VİDEO)

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.
APA xəbər verir ki, avropalı müşahidəçilər fevralın 17-də növbəti dəfə Qazax rayonu ilə həmsərhəd əraziyə gəliblər. Onlar avtomobillərlə yol boyu hərəkət edib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.
Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.
Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır.
APA da Azərbaycanın bəzi rayonları ilə həmsərhəd ərazidə avropalı müşahidəçilərin fəaliyyəti barədə bir neçə dəfə məlumat və görüntülər yayıb.
Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadılıb.