Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
Məşhur geyim brendi iflas etdi

Böyük Britaniyada "Quiz" mağazalar şəbəkəsi iflas edib, nəticədə 23 mağaza bağlanıb. Bu hadisə, hökumətin büdcə açıqlamasından sonra küçə ticarətində kütləvi iş yerlərinin bağlanacağı ilə bağlı narahatlıqları artırıb.
Valyuta.Az xəbər verir ki, geyim satışı ilə məşğul olan "Quiz" brendi dünən inzibatçılar təyin edib. Lakin təsisçi Ramzan ailəsi şirkətin 42 mağazasını geri alaraq 1 300-dən çox iş yerini qoruyub. Buna baxmayaraq, Böyük Britaniya və İrlandiyada 23 mağazanın bağlanması nəticəsində 191 nəfər işini itirib.
Şirkətin baş icraçı direktoru Şeraz Ramzan qərarın çətin olduğunu vurğulayıb: "Mağazaların bağlanması ilə işsiz qalan əməkdaşlarımıza görə dərin təəssüf hissi keçiririk. Lakin bu addım, biznesin gələcəkdə daha dayanıqlı fəaliyyətini təmin edəcək və yüzlərlə iş yerini qoruyacaq."
"Quiz" şirkəti satışların zəifliyini inflyasiyanın istehlakçı inamına və xərcləmələrinə təsiri ilə əlaqələndirib. Keçən ay şirkət, London Birjasının kiçik müəssisələr üçün nəzərdə tutulmuş hissəsindəki siyahısını tərk edərək fəaliyyətini davam etdirmək uğrunda mübarizəyə başlayıb.
Dünən isə biznes məsləhət xidməti göstərən "Teneo" şirkəti "Quiz" üçün inzibatçılar təyin edib.
İqtisadi təzyiqlər artmaqdadır
Aprel ayından etibarən işəgötürənlər üçün sosial sığorta haqlarının artırılması və minimum əməkhaqqının inflyasiyadan daha yüksək səviyyədə qaldırılması bizneslərə ciddi təsir edəcək.
Bundan əlavə, hökumətin ticarət vergisini yenidən nəzərdən keçirməməsi nəticəsində şirkətlər daha yüksək vergi ödəməli olacaq.
Pərakəndə Tədqiqat Mərkəzinin proqnozlarına görə, 2025-ci ildə 17 350 mağaza bağlanacaq, bu isə 2024-cü ildə bağlanmış 13 000-dən çox mağazaya əlavə olunacaq.
Ötən ay "WH Smith" 5 000 nəfəri çalışdıran biznesini satışa çıxardığını elan edib. Supermarket şəbəkələri "Sainsbury’s" və "Morrisons" isə müvafiq olaraq 3 000 və 200 iş yerini ixtisar edəcəklərini açıqlayıb.
Bundan əlavə, mətbəx avadanlığı satışı ilə məşğul olan "Lakeland" şirkətinin də satışa çıxarılması səbəbindən 1 000 nəfərin iş yeri risk altındadır.























































