Menu
Xəbər Lenti
Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

25 Şub 09:01Manşet / Dünya

Rusiya ilə bağlı səsvermədə səhv etdilər - Prezidentləri üzr istədi

rusiya-ile-bagli-sesvermede-sehv-etdiler

“Serbiya BMT Baş Assambleyasında Ukrayna ilə bağlı Rusiya əleyhinə olan qətnamənin lehinə səhvən səs verib”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Happy TV”nin efirində Serbiya Prezidenti Aleksandr Vuçiç deyib. 

“Hesab edirəm ki, Serbiya bu gün səhvə yol verib, buna görə vətəndaşlardan üzr istəyirəm və məsələ ilə bağlı mən özüm məsuliyyət daşıyıram. Düşünürəm ki, biz bitərəf qalmalı idik, təəssüf hissi keçirirəm. Serbiya artıq üç ildir ki, bitərəf çıxış edir”, - deyə Vuçiç qeyd edib. 

Xatırladaq ki, fevralın 24-də BMT Baş Assambleyasında Ukrayna ərazisində hərbi əməliyyatlarla bağlı iki qətnamə üzrə səsvermə keçirilib. Qətnamələrdən biri Ukrayna və Avropa, digəri isə ABŞ tərəfindən təklif edilmişdi. Hər iki sənəd qəbul edilib. Onu da qeyd edək ki, ABŞ və İsrail Ukrayna və Aİ-nin qətnaməsini dəstəkləməyib. Serbiya isə həmin qətnamənin lehinə səs verib. Bu qətnamə Ukraynanın ərazi bütövlüyünə çağırış edir və Rusiyanı tənqid edir.