Xəbər Lenti
Dün, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Dün, 07:28
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
2-02-2026, 17:36
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
2-02-2026, 08:45
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
İrəvan niyə sülh sazişini yubandırır? - Politoloq

"Mövcud sənəd tam razılaşdırılsa belə, ona imza atılmasının digər şərtlərlə əlaqəsi qaçılmazdır".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Bakı və İrəvanın sülh müqaviləsi layihəsini yekunlaşdırmağa çox yaxın olduqları barədə bəyanatını şərh edərkən deyib.
"Belə başa düşürəm ki, erməni tərəfi danışıqlarla bağlı ümumi prosesi yaddan çıxardır. Əslində yaxşı bilirlər ki, Azərbaycanın mövqeyi təkcə sülh mətninin olması ilə bağlı deyil, burada digər şərtlər də var. Ermənilərin şərhində isə məsələ ayrı mövzu kimi verilir. Bu da onların taktikasıdır. Azərbaycan dövlət başçısı açıq şəkildə hansı bəndlərin hələ də razılaşdırılmalı olduğunu bildirib. Bunlar konstitusiya dəyişikliyi şərtləri, dəhlizin açılması və s. məsələlərdir", deyə Tofiq Zülfüqarov bildirib.

Həmsöhbətimiz qeyd edir ki, regiona davamlı sülhün gəlməsi üçün Azərbaycanı mətn deyil, ümumi sülh prosesi maraqlandırır:
"Mövcud sənəd tam razılaşdırılsa da belə, ona imza atılmasının digər şərtlərlə əlaqəsi qaçılmazdır. Erməni tərəfinin bu mövqeyi bir neçə ay əvvəl dedikləri razılaşdırılmış bəndləri əsas götürməklə müqaviləni imzalamaq təklifinə bənzəyir. İndi də deyirlər ki, mətndən kənar şərtləri də kənara qoyaq".
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Ermənistanın sülh müqaviləsi layihəsini yekunlaşdırmağa çox yaxın olduqlarını bəyan edib. Bu barədə o, Hindistana səfəri çərçivəsində yerli mətbuata açıqlamasında deyib.
Rüfət Sultan
























































