Menu
Xəbər Lenti
Kim kimə rəqib oldu?
13-03-2025, 06:38

Kim kimə rəqib oldu?

Prezident qəbullar keçirdi
12-03-2025, 08:34

Prezident qəbullar keçirdi

Azərbaycan nefti ucuzlaşdı
11-03-2025, 06:59

Azərbaycan nefti ucuzlaşdı

Bu ərazilərdə duman var
11-03-2025, 06:53

Bu ərazilərdə duman var

“İncir reçeli 3” gəlir
11-03-2025, 06:45

“İncir reçeli 3” gəlir

15 Mrt 10:53Manşet / Gündəm

Vəkilə böhtan atan hüquqşünas cəzalandırıldı

Vəkilə böhtan atan hüquqşünas cəzalandırıldı

Vəkilə böhtan atmaqda şübhəli bilinən hüquqşünas cəzalandırılıb.
"Report" xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyevlə hüquqşünas Əfəndizadə Abdulla Hikmət oğlu arasında məhkəmə çəkişməsi başa çatıb.
Belə ki, iki il bundan əvvəl "Facebook” sosial şəbəkəsində paylaşdığı statusda Cavid Alıyevə böhtan ataraq barəsində həqiqətə uyğun olmayan məlumatları yaydığına görə, vəkil hüquqşünasa qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Abdulla Əfəndizadə Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib, üzərinə yalan olduğunu bilə-bilə paylaşdığı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı kütləvi informasiya vasitəsində rəsmi qaydada təkzib vermək və məlumatları yaymasına görə üzr istəmək, vurduğu mənəvi zərərə görə təzminat ödəmək öhdəliyi qoyulub.
Hökmdən Abdulla Əfəndizadənin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib.
Bu qərardan Abdulla Əfəndizadə kassasiya şikayəti verib.
Ötən gün Ali Məhkəmədə baxılan şikayət təmin olunmayıb və qərar qüvvədə saxlanılıb.