Xəbər Lenti
18-03-2026, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
18-03-2026, 08:08
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
16-03-2026, 11:44
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
Bu gün Kennedinin qətli ilə bağlı sirlər açılacaq

Bu gün ABŞ-nin mərhum 35-ci prezidenti Con Kennedinin öldürülməsi işi ilə bağlı təxminən 80 min səhifəlik material ictimaiyyətə açıqlanacaq.
“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, bunu Amerikanın hazırkı lideri Donald Tramp deyib.
“Seçki kampaniyası zamanı dedim ki, bunları ictimailəşdirəcəyəm. Mən isə sözümün ağasıyam, ona görə də Kennedi ilə bağlı sənədləri alacaqsınız, təxminən 80 min səhifədir”, - deyə o bildirib.
Xatırladaq ki, Tramp Kennedinin qətli ilə bağlı sənədlərin məxfiliyinin açılması haqqında Sərəncam imzalayıb.
Qeyd edək ki, Con Kennedi 1963-cü il noyabrın 22-də 1964-cü ilin prezident seçkilərinə hazırlıq kampaniyası çərçivəsində getdiyi Texasda sui-qəsd nəticəsində öldürülüb.























































