Xəbər Lenti
24-10-2026, 09:13
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 18:16
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
“Azərbaycanda bu cür epizodlara fit çalmırlar”

Braziliya mətbuatı “Flamenqo”nun forvardı Juninyonun “Fluminense” ilə Karioka Liqasının final mərhələsinin cavab oyununda (0:0, ilk oyun – 2:1) vurduğu qolu şərh edərkən onun keçmiş klubu “Qarabağ”dakı çıxışına da toxunublar.
“Qafqazinfo” “MundoBola”ya istinadən xəbər verir ki, braziliyalı həmkarlarımız Juninyo ilə bağlı bunları yazıb:
“Təsəvvür edin, Juninyo Azərbaycanda oynasa belə, təbii ki, orada bu cür epizodlara fit çalmırlar. Məncə, yalnız Braziliyada buna görə cəzalandırılırlar. Ona görə də, Juninyo narahat idi. Ancaq “Flamenqo” bu matçda qalib gəlməli idi”.























































