Xəbər Lenti
Dün, 06:37
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 06:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
“Bu, son yox, başlanğıcdır” - Prezidentin xüsusi nümayəndəsi

“Ermənistanı razılaşmaya getməyə təşviq edən nüanslardan biri bu fürsətin daimi olmayacağıdır. Onu əldən vermək səhv olardı”.
“Qafqazinfo” “Perfil”ə istinadən xəbər verir ki, bunu Argentinanın paytaxtı Buenos-Ayresdə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov deyib.
Onun sözlərinə görə, yekunlaşan danışıqlar münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması üçün yol açır. Lakin bunun üçün, Ermənistan öz konstitusiyasını dəyişdirməli, ərazi iddialarından imtina etməli və xarici qüvvələri sərhədyanı bölgələrdən çıxarmalıdır:
“Bu müqavilə son yox, başlanğıcdır. Sülh sadəcə sözlərlə yox, əməllərlə qurulur. Biz Qafqazın daha firavan və dinc gələcəyinə dair ümumi baxışla irəliləməliyik”.






















































