Menu
Xəbər Lenti
Bu gün Aşuradır
Bugün, 08:59

Bu gün Aşuradır

Neftimiz bahalaşdı
3-07-2025, 08:59

Neftimiz bahalaşdı

Azərbaycan polisi and içir
2-07-2025, 13:01

Azərbaycan polisi and içir

08 Nis 12:38Manşet / Gündəm

İlham Əliyev məşhur həkimlə bağlı sərəncam imzaladı

İlham Əliyev məşhur həkimlə bağlı sərəncam imzaladı

Məmmədbağır Cavad oğlu Əliyev "Şərəf” ordeni ilə təltif edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Məmmədbağır Əliyev Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, həkim-alim, ictimai xadim, tibb elmləri doktoru, professor Məmmədbağır Əliyev Rusiya Federasiyası dövlət mükafatı laureatıdır. O,  Ümumrusiya Azərbaycanlılar Konqresinin ilk prezidenti olub.
Məmmədbağır Əliyev 1955-ci ildə Rusiyanın Kurqan-Tübə şəhərində doğulub. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif edib.