Xəbər Lenti
Bugün, 15:44
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Nazir Avstriya ilə Avstraliyanı səhv salan sabiq baş direktora vəzifə veribmiş

"MKT İstehsalat Kommersiya" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sabiq direktoruna yeni vəzifə verilib.
Qaynarinfo-nun məlumatına görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədov Rövşən Həsənovu özünə müşavir təyin edibmiş.
Qeyd edək ki, Rövşən Həsənov 2018-ci ildən 2024-cü ilin oktyabr ayınadək "MKT İstehsalat Kommersiya" şirkətinin baş direktoru olub.
O, "Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər"lə bağlı ölkə başçsının da iştirak etdiyi müşavirədə çıxışı ilə gündəmə gəlmişdi. Həmin çıxış zamanı Rövşən Həsənov pambıq istehsalına görə dünyada ilk onluqda yer alan ölkələrin adlarını sadalayarkən yanlışlıqla Avstriyanın adını çəkmişdi. Prezidentin iradından sonra o, səhvini etiraf edərək, əslində Avstraliya demək istədiyini bildirmişdi.
Aydın























































