Menu
Xəbər Lenti
ADY-də yeni təyinat
Dün, 09:42

ADY-də yeni təyinat

Bayramov Lavrovla görüşdü
12-04-2025, 15:50

Bayramov Lavrovla görüşdü

14 Nis 09:42Manşet / Gündəm

ADY-də yeni təyinat

 

"Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni kadr təyinatı həyata keçirilib.

Qaynarinfo ADY-yə istinadən xəbər verir ki, Turxan Əhmədov Kommunikasiya departamentinin müdiri vəzifəsinə təyin olunub.

O, Türkiyənin Gebze Texniki Universitetində "Biznes administrasiyası" (MBA) ixtisası üzrə magistr təhsili alıb. ABŞ-nin nüfuzlu Dyuk Universitetinin (Duke University) Fukua Biznes Məktəbində strateji rəhbərlik proqramını, Con Hopkins Universitetinin məlumat (data) elmi üzrə kursu uğurla tamamlayıb. Azərbaycan Dövlət İqtisad Universitetində MBA, İqtisadi və Strateji Marketinq üzrə təhsil alıb.

T. Əhmədov kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O bu müddət ərzində müxtəlif nüfuzlu yerli və beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdə çalışıb. Həmçinin BP şirkətində Azərbaycan və Türkiyə üzrə kommunikasiya rəhbəri vəzifəsində fəaliyyət göstərib.

Yeni təyinatadək "Nobel Energy” şirkətində İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə rəhbərlik edib.