HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
İşdən bir dəqiqə tez çıxdığına görə qovuldu - Təzminat aldı

Çində bir qadın il ərzində altı dəfə işdən bir dəqiqə tez çıxdığına görə qovulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.
Məlumata görə, bu ilin əvvəlində Van adlı Quandun əyalətinin sakini Quançjouda yerləşən bir şirkətə qarşı məhkəmə iddiası qaldırıb.
Qeyd olunub ki, o, firmada üç il işləyib və yaxşı nüfuz qazanıb, lakin keçmiş işəgötürən qəfildən onu işdən çıxarmaq qərarına gəlib.
Vana bildirilib ki, ofisin kamera görüntüləri onun təyin olunmuş vaxtdan bir dəqiqə əvvəl masasını tərk etdiyini göstərir. Bu, keçən il bir ay ərzində altı dəfə baş verib və dərhal işdən çıxarılması üçün əsas hesab edilib.
Bundan sonra Van şirkəti məhkəməyə verib.
Məhkəmə iclasında bildirilib ki, işəgötürən qadına baş vermiş qanun pozuntuları barədə xəbərdarlıq etməyib və onu qəfil işdən çıxarmaq hüququna malik deyil.
Məhkəmə Vanın işdən çıxarılmasının qanunsuz olduğuna qərar verib. Nəticədə qadına təzminat ödənilib.























































