TƏBRİK EDİRİK: Ramin Abasovun Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunması münasibətilə...
Nazim Eynallı: Şamaxı-Çuxuryurd-Nağaraxana avtomobil yolunun 18-ci kilometrliyində cari təmir işləri davam etdirilir.
DDLA nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 83-cü sessiyasında ölkəmizi təmsil etdi
SOSİAL YARDİM ALMAQ DAHA DA ƏLÇATMAZ OLUB.
Ölkəmizin iqtisadi resursları artdıqca ölkə başçısı cənab İlham Əliyev başda olmaq şərti ilə dövlətimiz tərəfindən bir çox imtiyazlı ailələrə və o cümlədən aztəminatlı ailələrə də diqqət
və qayğı mütəmadi olaraq artır.
Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi
vasitələrdən biri də bu ailələr üçün ayrılmış Sosial yardımdır.
Sosial yardım haqqında qanuna əsasən Azərbaycan Respublikasında yaşayan hər bir aztəminatlı Sosial yardım üçün müraciət edib və bu yardımı ala bilər.
Son illər Sosial yardımın verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaş məmur ünsiyyəti aradan qaldirilaraq, bu yardımın aztəminatlı verilməsi ilə bağlı şəffaflığın təmin olunması üçün bir sıra zəruri addımlar atilsa da lakin aztəminatlı ailələrin Sosial yardım alması daha da əlçatmaz olub. Bunun da əsas səbəbi səbəbi aztəminatlı ailələrin paybəlli torpağda məşğullqların təmin olunmasi ilə bağlı qadaların çox kəskin halda sərtləşdirilməsi olub. Mövcud gaydaya əsasən Sosial yardım üçün müraciət edən aztəminatlı ailə paybəlli torpağında məşğulluğun təmin olunması üçün 12 ay ardıcılıq olaraq vergi ödəyicisi olmalıdıdır. Bu qayda isə maddi durumu acınacaqlı olub , Sosial yardıma möhtac olan aztəminatlı ailələri bu yardım üçün müraciət etmək hüququndan məhrum edir və həmin ailələrin işbazlar tərəfindən ovlanmasına rəvac verir.Səbəb odur ki, iş yeri olan ailələrdən paybəlli torpağından vergi ödənilməsi tələb olunmayacaq. Bu qayda işə Sosial yardımın həqiqi ünvana çatmasının qarşısını alır. Əsasən işbazların fəaliyyətlərinin genişlənməsi və imkanlı ailələrinin bu yardımı almasına şərait yaradır. Aldığımız məlumatlara əsasən haliyədə bir sıra özəl iş yerlərində məşğulluğu təmin olunub Sosial yardım üçün müraciət edən ailələr də bu qəbildəndirlər.
Əsasən aztəminatlı ailələr cənub bölgəsində daha da çoxluq təşkil edir. Həmin ailələr də mövcud qaydalara əsasən paybəlli torpaqlarında məşğulluqlarının təmin olunmaması səbəbindən Sosial yardım ala bilmirlər.Bu da sosial müdafiəsi təmin olunmayan aztəminatlı ailələrinin maddi durumunun acınacaqlı olmasına səbəb olur.
Umid edirik ki, aztəminatlı ailələrin mövcud maddi durumu nəzərə alınaraq onların paybəlli torpaqlarında məşğulluqlarının təmin olunması üçün zəruri addımlar atılar.
Zahid Həbiboğlu.
AJB-nin üzvü.