Pərvanə Mirzə qızı İmamquliyeva: “Heydər Əliyevin Dil Siyasəti: Ana Dilinə sevgi və tarixi missiya”
Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
ABŞ-la Ukrayna arasında sülh sazişi şərtləri ilə bağlı ciddi fikir ayrılıqları var - CNN
Bir insanın acı taleyi… Ümüd əfv fərmanına qaldı
İnsan həyatı sözün həqiq mənsında böyük bir əsərdir.
Bəli, olduqca böyük bir əsər…
Bu gün Gəncə şəhərində, ziyalı ailəsində dünyaya göz açan Həsənov Zaur İbrahim oğlundan söhbət gedir. Deməli, Zaur evdə tək olubmuş. Bu an qapı döyülür və tanımadığı bir şəxs Allah xatirinə bir istəkan su istəyir.
Biz millət olaraq adət-ənənə prinsiplərini nəzərə alıb qapıya təşrif büyürən istənilən şəxsi evə dəvət edib, Allah verəndən süfrəyə rahlayırıq. Bu minvallah əsirlərlə bizə gələn qanunlar yaşanır və bundan sonrada yaşanacaq. Nə isə, keçək mətləbə…
Zauru tanıyanlar yaxşı bilir ki, onda olan xarakter, əxlaq, düşüncə, ailə mədəniyyətindən xəbər verir… Yuxarıda qeyd etdiyimiz hadisə, yəni evə gələn qonaq Zaura bildirir ki, səhətimdə bir az problem var, mənə icazə ver bir az yuxulayım.
Zaur etiraz etmir və həmən şəxsə deyir ki, narahat olma istirahət et özünə gəl. Oturduğu divan ustə istirahət edən şəxs birdən üz üstə yerə çırpılır. Belə bir məqəmda soyuqqanlıq olmaq həqiqətəndə iradə tələb edir. Vəziyyətin gərginliyini görən Zaur onun nəbzini yoxlayır. Artıq o insan keçinmişdir….
Təbii ki, hadisə barədə Zaur hüquq mühfizə orqanlarına məlumat verməli idi.
Evə polis və prokurorluq orqanlarının əməkdaşları gələrək hadisənin hansı səbəbdən baş verdiyini araşdırır. Nəticə etibarı ilə Zaur “cinayətkar” kimi tanınır və Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ömrünün qalan hissəsinin 19 ilini dəmir barmaqlar arasında keçirəcəyi məlum olur. Onu da nəzərinizə çatdıraq ki, istintaq zamanı dünysını dəyişən şəxsin yaxınlrından heç kim şikayətçi olmayıb. Dünyasını dəyişən şəxsin yaxınları bildirdi ki, rəhmətə gedən şəxs konkret narahat insan olub. Bu faktı mərhumun yaxınları öz ifadələrində bildiriblər. Maraqlı məqam ondan ibarətdir ki, ekspert rəyləri istintaq zamanı nəzərə alınmayıb…
Zaur vətənini sevən, dövlətinə bağlı olan vətəndaş olub. Ailənin bir üzvü 1-ci Qarabağ döyüşlərində şücayət göstərib, ən uca məqəma, şəhidlik zirvəsinə yüksəlib. Bütün bunları nəzərə alıb bildirmək istəyirik ki, Zaurun ailəsini tanıyan yaxinları, qohumları, ümüd edir ki, ölkə başçısı cənab prezident İlham Əliyev ziyalı ailəsinin səsinə səs verəcək və günahsiz həbs həyatını yaşayan Zaur əfv ediləcək.
Yaşasın Müstəqil Azərbaycan və onun Ali Baş Komandanı cənab İlham Əliyev.
Elman Nigaran
ifadetv.com