Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
Ulu Öndər H.Əliyevin anadan olmasının 102-ci ildönümündə AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədovun tapşırığı və dəstəyi ilə Şamaxıda park salınır
DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım”
“Havhavhav”ı oxuyan reper həbs olundu
“Havhavhav” mahnısı ilə gündəm olan “Lvbel C5” ləqəbli reper Süleyman Burak Bodur həbs edilib.
“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, ifaçı mahnılarında narkotiki təbliğ etməkdə ittiham olunub.
İfadəsi alınan “Lvbel C5” məhkəmənin qərarı ilə həbs olunaraq Kandıra həbsxanasına göndərilib.
Reperin 5 ildən 10 ilə qədər həbs cəzası alması gözlənilir.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə və Azərbaycan seqmentində populyarlaşan “Havhavhav” mahnısının yayımdan çıxarılması tələb olunub. Şikayətə mahnının gənclərə pis nümunə olması səbəb göstərilib.
Əlavə edək ki, qalmaqallı mahnı çıxdığı 4 gün ərzində yutubda rekord sayda - 3.5 milyon izlənilib. Reper aylıq musiqi platformalarında 7 milyon dinləyiciyə çataraq Türkiyədə ən çox dinlənən sənətçi olub.